SAHİL PROSESLƏRİ

hərəkət edən suyun təsiri altında sahil zonasında baş verən proseslər (dalğalanma, su hövzəsi səviyyəsinin qabarma-çəkilməsi və b. tərəddüdlər, cərəyanlar, axınlar). S. p. abraziya, çöküntülərin yerdəyişməsi, sürtülərək yeyilməsi, çeşidlənməsi və akkumulyasiyası aiddir. S.p. nəticəsində sahilin profilinin və konturunun formalaşması baş verir, abrazion və akkumulyativ sahil relyef formaları yaradır. береговые процессы coastal proceses, littoral processes
SAHİL PROFİLİ
SAHİL PROSESLƏRİNİN ZONALLIĞI
OBASTAN VİKİ
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Alkilləşmə prosesləri
Alkilləşmə prosesi — üzvi maddələrin və bəzi qeyri-üzvi maddələrin molekullarına alkil qruplarının daxil edilməsi adlanır. Bu reaksiya çox böyük praktiki əhəmiyyətə malikdir. belə ki, onun əsasında alkilaromatik birləşmələr, izoparafinlər, çoxlu sayda merkaptanlar və sulfidlər, aminlər, element- və metal üzvi birləşmələr və s. alınır. Çox vaxt alkilləşmə prosesi monomerlərin, yuyucu maddələrin istehsalında aralıq mərhələ kimi istifadə olunur. Alkilləşmə proseslərini yeni yaranan əlaqələrin növünə görə təsnif etmək daha əlverişlidir: — karbon atomuna görə alkilləşmə; — oksigen və kükürd atomlarına görə alkilləşmə; — azot atomuna görə alkilləşmə; — digər elemetlərin (Si-, Pb-, Al- alkilləşməsi) atomlarına görə alkilləşmə. Karbon atomuna görə alkilləşmədə karbon atomu ilə əlaqəli olan hidrogen atomu alkil radikalı ilə əvəz olunur: CnH2n+2 + CmH2m → Cn+mH2(n+m+1) ArH+ RCl → ArR + HCl Oksigen və kükürd atomlarına görə alkilləşmə zamanı alkil radikalı oksigen və ya kükürd atomu ilə əlaqələnir: ArOH + RCl → ArOR + NaCl + H2O NaSH + RCl → RSH + NaCl Azot atomuna görə alkilləşmə zamanı ammoniakda və ya aminlərdə azot atomu ilə əlaqələnmiş hidrogen atomları alkil qrupları ilə əvəz olunur. bu, aminlərin sintezinin ən əhəmiyyətli metodlarından biridir: ROH + NH3 → RNH2 + H2O Si-, Pb-, Al- və digər elementlərə nəzərən alkilləşmə element- və metalüzvi birləşmələrin alınmasının əlverişli yollarından biridir: 2RCl + Si → R2SiCl2 4C2H5Cl + 4PbNa → Pb(C2H5)4 + 4NaCl + 3Pb 3C3H6 + Al + 1.5H2 → Al(C3H7)3 Alkilləşdirici agent kimi olefinlər və asetilen, xlorlu törəmələr, spirtlər, sadə və mürəkkəb efirlər istifadə edilir.
Atmosfer prosesləri
Ümumi atmosfer dövranı iqlim yaradan amillərdən biridir. Coxillik iqlim yaradan amillərdən biridir. Çoxillik iqlim dəyişmələrini hərtərəfli tədqiq etmək üçün müxtəlif zaman intervallarında dayanıqlıq halını saxlayan və böyük coğrafi əraziləri əhatə edən makroproseslərin dəyişilmə qanunauyğunluqlarını bilmək olduqca vacibdir. İlk dəfə olaraq 1896-cı ildə Van –Bebber Avropa sinoptik rayonunda müşahidə olunan sinoptik prorseslərin təsnifatıını vermişdir. Böyük rus alimi B. P. Multanovski və onun tələbələrinin apardıqları tədqiqatlarda irimiqyaslı atmosfer hərəkətlərinin ümumiləşdirilməsinə və tipləşdirilməsinə böyük yer ayırmışlar. Multanovski müəyyən etmişdir ki, tədiqat aparan rayonun bir hissəsində siklon mərkəzlərinin, o biri hissəsində isə antisiklon mərkəzlərinin konsentrasiyası müşahidə edilir. Bu hal adətən 5–7 sutka davam edir. Multanovski by muddəti təbii sinoptik dövr adlandırmışdır.
Eol prosesləri
Eol prosesləri - küləyin fəaliyyətilə əlaqədar olan relyefəmələgəlmə prosesləri. Buraya həm eol denudasiyası (deflyasiya, karroziya) və həm də akkumulyasiya daxildir. Bütün zonaların quru və mötədil rütubətli əyalətlərində baş verir. Eol prosesləri nəticəsində eol relyef formaları və eol çöküntüləri əmələ gəlir. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Parafinsizləşdirmə prosesləri
Parafinli xam neftlərin tərkibində çox vaxt mikrokristallik və ya parafinşəkilli mum qatışıqları olur. Bu cür qatışıqları kənar etmək üçün parafinli nefti emal etməzdən əvvəl metiletilketon (MEK) kimi həlledicilərlə təmizləmək tövsiyə olunur. Lakin bu, ümumi bir xarakter daşımır. Həlledici ilə parafinsizləşdirmə üsulu aşağı temperaturlarda (məsələn, aşağı bərkimə temperaturlarında) axıcılığın lazımi həddə alınması məqsədilə xam neftdən deyil, məhz sürtkü yağlarından bərk parafinin təmizlənməsi üçün işlənib hazırlanmışdır. Həlledici ilə parafinsizləşdirmə mexanizmi ya aşağı temperaturda yağ məhlulundan parafinin bərk hissəcik kimi kristallaşdırma yolu ilə ayrılmasını, ya da parafinin ərimə temperaturundan yüksək temperaturda maye kimi selektiv həlledici ilə ekstraksiya yolu ilə ayrılmasını nəzərdə tutur. Lakin birinci mexanizm parafinsizləşdirmənin sənaye proseslərinin əsasını təşkil edir. 1930-cu illərdə iki tip, naftenli və parafinli xammal mühərrik yağlarının alınması üçün istifadə olunurdu. Yağların keyfiyyətinin yaxşılaşdırılması üçün hər iki tip yağ həlledici ilə ekstraksiyaya məruz qoyulurdu, lakin istismar zamanı rast gəlinən yüksək temperaturlarda naften əsaslı yağlar parafin əsaslı yağlar kimi davamlı olmurdu. Bununla belə, aşağı temperaturlarda axıcılığını saxladığı üçün, xüsusilə, soyuq havalarda naften tipli yağlar daha üstün hesab edilirdi. 1938-ci ilə qədər ən yüksək keyfiyyətli sürtkü yağları naften tipli idi və yağın özlülüyündən asılı olaraq, −40 С-dən −7оС-yə qədər (-40оF-dən −20оF-ə qədər) axıcılıq həddinin alınması üçün fenolla emal edilirdi.
Sorbsiya prosesləri
Sorbsiya prosesləri Təbii və nəzəri tədqiqatlar əsasında müəyyənləşdirilmişdir ki,təbii alümosilikatlar əsasinda effektiv sorbentlər hazırlamaq mümkündür və onlar cox baha olan aktiv kömür əvəzinə tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən tənzimlənməsində istifadə oluna bilər. Dispers sistemlər sahəsində effektiv sorbentlərdən istifadə etməklə onların ağır metal ionlarından və zərərli üzvi maddələrdən təmizlənməsinə nail olunmuşdur.Müəyyən edilmişdir ki, monokation formalı sorbentlərdə sorbsiya prosesi daha intensiv gedir və mübadilə kationları sorbentin adsorbsiya aktivliyinə əsaslı təsir göstərir. Neft və qaz quyularının qazılması prosesində işlədilən gil məhlullarının stabilliyi, axıcılıq və tiskotropluğunun quyu divarlarına su vermə qabilliyyətinə, quyu daxili təzyiqin tənzimlənməsini və s. xüsusiyyətlərini təmin edən bir sıra yeni effektiv kimyəvi reagentlər hazırlanmış və sənaye miqyasında sınaqdan keçirilmişdir. Dərin neft quyularının qazılması zamanı quyu dibi temperaturun tədricən artırılmasını nəzərə alaraq 0-200 C0 temperatur intervalında bentonit,kaolinit və seolit əsaslı suspenziyaların stabilləşməsi,onların kolloid kimyəvi və struktur-mexaniki xassələrinin mövcud olan və laboratoriya tərəfindən təklif edilən yeni reagentlər vasitəsilə tənzimlənməsi prosesi tədqiq edilərək kaolinit və seolit əsaslı dispers sistemlərin daha yüksək termostabilliyə malik olması aşkar edilmişdir. Tullantı sularının üzvi və qeyri-üzvi maddələrdən təmizlənməsinin optimal şəraiti işlənib hazırlanmışdır. Beləliklə prosesin gedişində kinetik və hidrodinamik amillərin rolu analiz olunmuş və sorbsiya prosesinin dinamik şəraitdə aparılması qanunauyğunluqları işlənib hazırlanmışdır.Onu da qeyd etmək lazımdır ki, ilk dəfə olaraq tullantı sularınin neft məhsulları və kationaktiv boyalardan təmizlənməsinin sorbsiya-koaqulyasiya üsulu işlənib hazirlanmışdır. Müəyyən olunmuşdur ki, tullantı sularının neft məhsulları və kationaktiv boyalardan sorbsiya-koaqulyasiya üsulu ilə təmizlənməsinin effektivliyi onlarin formalaşması şəraitindən və təbiətindən asılıdır. Bu prosesdə istifadə olunan ”Gəncə” flikoaqulyantı asılqan hissəciklərin flokulyasiya və koaqulyasiyasına səbəb olur və onların çökməsini sürətləndirir. Model tullantı sularının neft məhsullarından və kationaktiv boyalardan təmizlənməsinin təcrübi nəticələrinin analiz nəticəsində bir sıra parametrlərin optimal qiymətləri təyin olunmuş və təmizlənmə prosesinin prinsipial sxemi verilmişdir.
Yamac prosesləri
Yamac prosesləri (rus. процессы склоновые, ing. slope processes) — yamacların əmələ gəlməsi proseslərinin məcmuu olub, yumşaq materialların və yaxud yamacı təşkil edən ana süxurlardan ibarət qayma və qırıntı materialların yerdəyişməsi prosesi.
İnformasiya prosesləri
İnformasiya proseslərinə — informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir. İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. İnformasiyanın ötürülməsi — toplanan informasiyanın emal edilməsi üçün emal vasitələri ilə ötürülməni nəzərdə tutur. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompüterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və ötürülməsi üçün modem (modulyator - demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir. İnformasiyanın saxlanması — informasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanılmasını nəzərdə tutur. İnformasiya daşıyıcısı kimi kağızdan, köhnə kompüterlərdə perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompüterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur.
Moskva prosesləri
Moskva prosesləri (rus. Московские процессы) — 1936–1938-ci illərdə Moskvada 1920-ci illərdə trotskist və ya sağçı müxalifətlə əlaqəli olan keçmiş Sov.İKP yüksək vəzifəli şəxsləri üzərində keçirilən üç açıq məhkəmə prosesinin ümumi adı. "Moskva prosesləri" adı əvvəlcə xaricdə qəbul edilmiş, lakin sonradan Rusiyada geniş yayılmışdır Moskva prosesləri bir çox müttəhimin edamına səbəb olmuşdur. Bu proses ümumiyyətlə Stalinin "Böyük təmizləmə"sinin bir hissəsi, partiyanı indiki və ya əvvəlki müxalifətdən, o cümlədən Rusiya inqilabı zamanı və ya ondan əvvəlki dövrlərdə formalaşmış, Stalinin iqtisadiyyatı düzgün idarə etməməsi nəticəsində sovet xalqında artan narazılıq səbəbindən ön plana çıxmış trotskistlər və aparıcı bolşevik kadr üzvlərindən təmizləmək üçün həyata keçirilən kampaniya kimi qəbul edilir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən mühakimə olunan müttəhimlər Stalini və digər sovet liderlərini qətlə yetirmək, SSRİ-ni dağıtmaq və kapitalizmi bərpa etmək, iqtisadiyyatın müxtəlif sahələrində təxribat təşkil etmək üçün Qərb kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham olunurdular. Moskvada qondarma “Trotski-Zinovyev terror mərkəzi”nin 16 üzvünün ilk məhkəməsi 1936-cı ilin avqustunda baş tutdu. Əsas müttəhimlər Zinovyev və Kamenev idi. Digər ittihamlarla yanaşı, onlar Kirovun qətlində və Stalinə sui-qəsddə ittiham olunurdular. 1937-ci ilin yanvarında ikinci məhkəmə ("Paralel antisovet Trotskist Mərkəzi" işi) Karl Radek, Yuri Pyatakov və Qriqori Sokolnikov kimi 17 az əhəmiyyətli funksioner üzərində baş tutdu. 13 nəfər güllələndi, qalanları uzun müddətə azadlıqdan məhrum edildilər.
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu, adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir. Məsələn: Kiçik Asiyanın qərb sahili.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Sahil bəndi
Sahil bəndi (rus. береговой вал, ing. beach-ridge) — ləpədöyən axının fəaliyyəti ilə yaranmış və plyajın arxa hissəsində yerləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir. Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. Sahil Eol relyef Sahil akkumulyasiyası Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Sahil canavarı
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Sahil cığı
Qafqazda, Şimali İranda, Orta Asiyada yayılmışdır. Düz, yumru, cod gövdəli, hündürlüyü 60-80(100) sm, bünövrəsində qınlarla örtülmüşdür.Yarpağı silindrik, gövdədən qısadır.Yan çiçək qrupu, şaxələnmiş, süpürgəvarı, nazık budaqlıdır: çiçəkləri budaqların ucunda 2-5 ədəd yığılmışdır.Çiçəkaltlığı çiçək qrupundan qısa və ya ona bərabər, iynəli, bünövrəsində enliləşmiş və pərdəlidir.Çiçəkaltlıqları yumurtavari, biz, təxminən çiçəkaltlığına bərabərdir. Çiçəkyanlığının yarpaqları əvvəlki növdə olduğu kimidir.Qutucuğu ensiz, üç hissəli-konusvari və ya uzunsov-yumurtavari, qonur, çiçəkyanlığından 1,5-2 dəfə uzundur.Toxumu uzunsov, xırda,qonur, qısa, ağ çıxıntılıdır. Nəmişli yerlərdə və duzlu qumlarda bitir. Cənub bölgəsində, Abşeronda, Şirvanda, Kürətrafında təbii halda rast gəlinir. Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasinda istıfadəsi məqsədyönlüdür. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sahil daşçevirəni
Sahil daşçevirəni (lat. Arenaria interpress) — arenaria (animal) cinsinə aid quş növü.
Sahil metrostansiyası
Sahil metrostansiyası — Bakı Metropolitenində stansiya. Stansiyaya daxil olan qatarlarda Liman musiqisindən fraqment səslənir. 6 noyabr 1967-ci ildə istismara verilmişdir. "Bakı Soveti-Nərimanov" yol mənzili sahəsində açılmış ilk 5 stansiyadan biridir. İlk adı "26 Bakı komissarı" olduğundan, stansiyanın inşaatında bu mövzu əsas götürülmüşdü. Stansiyanın pilonları metalla büllur şüşənin xəlitəsindən hazırlanmış mozaika ilə örtülmüşdü. Bu xüsusda orta zalın soffit işıqlandırılması da xüsusi təsir bağışlayırdı. Stansiya yollarında lüminesent işıqlandırma armaturları pilonların üstündə dalğavari pərvaz konstruksiyanın içində yerləşdirilərək, xəfif dalğa effektini də verir. 1993-cü ildə orta yarımdairə tikili üzərində zalda smaltadan "Dəniz lövhələri" adlı mozaik panno quraşdırılıb. Onun mövzusunda dəniz üzərində qürub edən günəş təsvir olunub.
Sahil parkı
Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park. Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi. SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular. 2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi. Parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var. Ərazisi 22 min m2 olan parkda 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.
Sahil qaranquşu
Sahil qaranquşu (lat. Riparia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Sahil qızılağacı
Sahil qızılağacı (lat. Alnus maritima) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.
Sahil qəsəbəsi
Sahil (əvvəlki adı: rus. Примо́рск; Primorsk; Dənizkənarı) — Azərbaycanın Qaradağ rayonunda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Qaradağ rayonunun Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə, Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Qəsəbə dəniz sahilində yerləşdiyi üçün belə adlandırılmışdır. Sahil qəsəbəsində 1949-cu ilə qədər balıq vətəgəsi olub. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement Zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xətləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Qəsəbə Xəzər dənizi sahilində yerləşir. Küləkli, az rütubətli havası var.
Sahil terrasları
Sahil terrasları- Qurunun qalxması və dənizin ləpədöymə işi nəticəsində sahildə əvvəlki səviyyədən yuxarıda yerləşən abraziya platformalarıdır.Sahil terrasları bir-birindən hündürdə yerləşən bir neçə terrasdan ibarət ola bilər.Qafqazın Qara dəniz sahilboyunda belə terraslar aydın görünür.
Sahil xətti
Sahil xətti (rus. береговая линия, ing. shoreline, shore-line, coastal line) — dəniz və ya gölün üfqi su səthinin quru ilə kəsişdiyi xətt. Böyük su hövzələrinin səviyyəsi daimi olmadığı üçün S.x. anlayışı müəyyən dərəcədə şərti səciyyə daşıyır və su hövzəsi səviyyəsinin orta çoxillik vəziyyətini əks etdirir. Sahil xəttinin yerdəyişməsi — (rus. перемещение береговой линии, ing. dislocation of coastal line) yer qabığının ehtizazı hərəkətləri və ya Dünya okeanında suyun həcminin dəyişməsi ilə əlaqədar dənizin geri çəkilməsi (reqressiya) və ya qurunu basması (transqressiya) nəticəsində dənizin sahil xəttinin vəziyyətinin dəyişilməsi. Sahil xəttinin dənizə doğru geriyə çəkilməsi mənfi, quruya doğru irəliləməsi isə müsbət yerdəyişmə adlanır. Ssahil xəttinin yerdəyişməsi hövzədə suyun həcminin dəyişməsi /məs: materik buzlarının əriməsi/ ilə əlaqədar olduğu halda hidrokratik və ya evstatik, yer qabığının ehtizazı hərəkətləri ilə əlaqədar olduğu halda isə geokratik və ya epeyrogenik adlanır.